Əfqanıstanda xəstəxana və miqrasiya idarəsinin yaxınlığında partlayış olub

Əfqanıstanın şərqində yerləşən Nanqahar əyalətinin Cəlalabad şəhərində partlayış törədilib.

Partlayış mərkəzi xəstəxana, Miqrasiya və qaçqınların işi üzrə departamentin yaxınlığında qeydə alınıb.

Hadisə yerində atəş səsləri də eşidilib.

Yaralı və hadisə qurbanları barədə məlumat yayılmayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31