"Britaniya ABŞ-ı seçsə, bunu itirəcək" - Çin

Britaniya Çinlə yox, ABŞ-la müttəfiqliyi seçsə, aparıcı dünya gücü statusunu itirəcək.

Bu iddia ilə "Qlobal Tayms" qəzeti çıxış edib.

"Əgər London əvvəlki kimi ABŞ-la xüsusi əlaqəyə ümid edirsə, o zaman Britaniya ənənəvi aparıcı güc potensialını ortaya çıxarmaq imkanlarını itirəcək. Çinlə əlaqələr isə ona daha uğurlu strateji mövqe qazandıracaq. Britaniya Avropanın digər dövlətləri kimi, yenə də öz gücünün zenitinə qalxmaq iqtidarında deyil. Ona görə də London ağıllı addım ataraq, çoxqütblü dünyada supergücün bir hissəsi olmaqdan imtina etməyi bacarmalıdır", - məqalədə bildirilib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31