Dünya ŞOKDA - Gizli məlumat açıldı

Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla Sinqapurda keçirilən görüşdən sonra dağıdılmasına qərar verdiyi nüvə müəssisələrinin yerinə yenilərini inşa etdirir.

Bu barədə "Vaşinqton Post" gizli kəşfiyyat mənbələrinə istinadla informasiya yayıb.

Məlumata görə, sözügedən müəssisələrdə nüvə başlığı daşımaq imkanlarına malik qitələrarası ballistik raketlər yaradılır. Belə obyektlərin sayının ən az bir və ya iki olduğu qeyd olunur.

Son həftələrdə çəkilən peyk görüntüləri və əldə edilən yeni kəşfiyyat məlumatları Pxenyan yaxınlığındakı Sanumdonq şəhərində yeni müəssisələrin salındığını ortaya çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31