ABŞ-dan yeni addım: Süni intellekt hərbidə tətbiq edilir

ABŞ Müdafiə Nazirliyi hərbi məqsədlər üçün süni intellektin inkişafına 885 milyon dollar ayırmaq niyyətindədir.

Bu barədə informasiyanı "Vol Strit Jurnal" qəzeti yayıb. Qəzet Pentaqonun bu istiqamətdə "Booz Allen Hamilton" şirkətiylə beş illik müqavilə imzalamaq niyyətində olduğunu bildirib.

"Vol Strit Jurnal"a açıqlama verən şirkət rəhbəri Coşua Sallivan bu texnologiyaların ABŞ-a Rusiya və Çinlə uğurlu rəqabət üçün yardım edəcəyini bildirib. O, süni intellektin hərbçilərin işini asanlaşdıracağını bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31