İranın İdman Nazirliyi idmançıların ölkə xaricinə çıxışına qadağa qoyub

İranın İdman Nazirliyi idmançıların zəruri olmadığı halda ölkə xaricinə çıxmamasını tələb edib. 

Qurum xarici valyuta məzənnəsinin həddindən artıq artması səbəbi ilə bu addımı atıb.

Nazirlik həmçinin ölkə xaricində təlim-məşq toplanışı və hazırlıq oyunlarının ləğv edilməsini istəyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31