Suriya ordusu İŞİD-in ən böyük dayağını zərərsizləşdirib
31 İyul 2018 01:27 DünyaSuriya ordusu Daraa vilayətində İŞİD-in ən böyük dayağını zərərsizləşdirib.
Bu barədə RİA "Novosti" Suriya ordusunun hərbi səhra komandirlərindən birinə istinadən məlumat yayıb.
Bildirilir ki, hərbçilər Şadjra yaşayış məntəqəsinə nəzarəti ələ alıblar. Minaaxtaranlar əraziyə baxış keçirməyə və onu minalardan təmizləməyə başlayıblar.
Daha əvvəl Suriya ordusunun vilayətin Tofas şəhərini silahlılardan azad etdiyi və orada ölkə bayrağını dalğalandırdığı xəbər verilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31