Vyetnamda toy karvanı qəza törədib, bəy və 12 nəfər ölüb
30 İyul 2018 12:11 DünyaVyetnamda toy karvanının iştirakı baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, qəza zamanı ölənlər arasında bəy də var.
Bildirilib ki, bəy qohumları və dosltarı ilə birlikdə gəlinin şəhərinə gedirmiş. Yolda onların avtomobili konteyner daşıyan maşınla toqquşub. Bəyin mindiyi avtomobildə 17 sərnişin olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31