Doqquz nəfərin öldüyü qəza belə baş verdi

Rusiyanın Krasnodar şəhərinin yaxınlığında iyulun 6-da baş verən yol-nəqliyyat hadisəsinin videoyazısı çıxıb.

Kadrlar "VKontakte" sosial şəbəkəsində "Beloreçensk" qrupunda dərc edilib.

Kadrlardan görünür ki, döngələrdən birində avtomobillərdn biri əks hərəkət zolağına çıxır və nəticədə qəza baş verir. Çəkiliş yol-nəqliyyat hadisəsinin gunahkarı olan avtomobilin arxasınca hərəkət edən avtomobildən aparılırdı.

Polisdən verilən məlumata görə, "VAZ-2115"-insürücüsü idarəetməni itirərək "Lada Priora" avtomobillə toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla 9 nəfər həlak olub. Ağır yaralanan 19 yaşlı qız hazırda reanimasiyadadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31