Bir sərnişinə görə 300-ə qədər uçuş təxirə salındı
30 İyul 2018 01:15 DünyaBavariya əyalətinin mərkəzi olan Münhendə - aeroportda bir sərnişinə görə terminallardan biri bağlanıb.
Buna sərnişinlərdən birinin yoxlamadan keçmədən təhlükəsizlik zonasına daxil olması səbəb olub.
Kimliyi bəlli olmayan qadın əvvəlcə yoxlamadan keçib, lakin onun yükündə naməlum maye olduğu üçün buraxılmayıb. Qadının ikinci dəfə içəri necə girməsi məlum deyil, ancaq onun bu davranışı aeroportda xaosa səbəb olub.
Onun axtarışı zamanı terminalın biri bağlanıb və nəticədə 300-ə qədər reys təxirə salınıb. 60 uçuş isə gecikməli olaraq yerinə yetirilib.
Qadının bu davranışı 32 min insana təsir edib. 700-dən çox sərnişin gecəni aeroportda keçirməli olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31