Ərdoğan: "İstanbulda Rusiya, Almaniya və Fransa liderləri ilə danışıqlar keçiriləcək"
29 İyul 2018 17:01 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sentyabrın 7-də İstanbulda Rusiya, Almaniya və Fransanın dövlət başçıları ilə görüşəcək.
"Sentyabrın 7-də İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransanın birgə sammiti keçiriləcək. Biz nə etmək lazım olduğunu müzakirə edəcəyik. Dördtərəfli görüşdə regionun problemləri müzakirə olunacaq", - deyə Ərdoğan Suriya məsələsi ilə bağlı suala cavabında bildirib.
Dörd ölkənin rəhbəri həmçinin Türkiyə, Rusiya və İranın Suriya məsələsi üzrə üçtərəfli sammitini də müzakirə edəcəklər.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31