Türkiyədə qayığın aşması nəticəsində 6 nəfər ölüb

Türkiyənin şimal-qərbində qayıq aşıb, hadisə nəticəsində altı nəfər həlak olub. 

Bu barədə Anadolu agentliyi məlumat verib.

Bildirilir ki, hadisə Egey dənizində Çıplak adasının yaxınlığında baş verib. Qayığın göyərtəsində isə 16 nəfər olub. Daha bir nəfər itkin düşüb. 

Vurğulanıb ki, ölənlərdən üçü uşaqdır.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31