Çində göydələndə şəlalə quraşdırıldı
29 İyul 2018 14:29 DünyaÇinin Quyan şəhərində göydələn üzərində hündürlüyü 108 metr olan şəlalə quraşdırılıb.
Binanın öz hündürlüyü 121 metr təşkil edir. Beləliklə də fontan dünyanın ən hündür süni şəlalələrindən biri olub.
Şəlalə turistləri cəlb etmək üçün quraşdırılıb. Lakin onun əleyhdarları da kifayət qədərdir. Belə ki, qurğu işə salınandan sonra yerli sakinlər dəhşətli su sızıntılarından şikayətlənməyə başlayıblar.
Bundan əlavə, şəlalənin hər iş saatı 118 dollara başa gəlir ki, bu da çoxsaylı suallara yol açır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31