"Air Moldova"nın təyyarəsini ildırım vurdu: aeroporta qayıtdı

"Air Moldova" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.

Kişinyovdan Sankt-Peterburq şəhərinə uçmağı planlaşdırılan "Embraer E-190" təyyarəsini Ukraynanın Odessa vilayətinin üzərində ildırım vurub.

Qeyd olunur ki, hadisə təyyarənin havaya qalxandan 10 dəqiqə sonra baş verib. Təyyarənin göyərtəsində 113 sərnişin olub.

Dörd min kilometr yüksəkliyində olan təyyarə Kişinyov aeroportuna qayıdıb. Təyyarəyə ziyan dəymədiyi bildirilir, sənişinlərdən xəsarət alan olmayıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31