İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada 6,4 bal gücündə zəlzələ olub.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, hadisə Lombok adasında baş verib. Yeraltı təkanlar yerli vaxtla 06:47-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 7,5 kilometr təşkil edib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31