Ərdoğan: "ABŞ yaxın müttəfiqini itirə biləcəyini unutmamalıdır"
29 İyul 2018 10:41 DünyaTürkiyə amerikalı pastor Endrü Bransonun həbsi ilə bağlı öz mövqeyini dəyişməyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, ABŞ-ın təhdidlərində "psixoloji müharibə" görür: "Biz sanksiyalarla bağlı geri çəkilməyəcəyik. Biz Branson məsələsində mübahisə etməmişik".
Ərdoğan həmçinin bildirib ki, ABŞ yaxın müttəfiqini itirə biləcəyini unutmamalıdır.
Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31