Yaponiyada qasırğaya görə minlərlə insan işıqsız qalıb

Yaponiyanın qərbində "Condari" qasırğası nəticəsində ən azı 16 nəfər xəsarət alıb.

Minlərlə insan təxliyyə olunub. Minlərlə evin elektrik enerjisiz qaldığı bildirilir.

Qeyd olunur ki, Kiotoda güclü külək səbəbindən yanğın 12 tikiliyə yayılıb. Evlərdən birində 85 yaşlı qadının meyiti tapılıb.

Hava şəraiti ilə əlaqədar 160 daxili reys ləğv olunub, qatarların hərəkətində gecikmələr qeydə alınıb.

Mie prefekturasında 78,3 min ev, Aitidə - 40,8 min, Sidzuokedə isə 17 min ev elektrik enerjisiz qalıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31