Moskva ətrafında artistləri daşıyan avtobus aşıb, 16 nəfər xəsarət alıb

Moskva vilayətinin Domodedov rayonunda "A 107" magistral yolla hərəkət edən avtobus aşıb.

APA-nın Rusiya FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam Belıye Stolbı yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yolun kənarındakı xəndəyə aşıb.

"Moskva-İjevsk" marşrutu ilə hərəkət edən avtobusda 27 sərnişin və 2 sürücü olub.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb.

​Məlumata görə, avtobus xalq mahnı və rəqs ansamblının artistlərini daşıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31