Çavuşoğlu amerikalı həmkarı ilə telefon danışığı keçirib
28 İyul 2018 20:20 DünyaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Danışıq Türkiyə XİN başçısının təşəbbüsü ilə baş tutub. Söhbətin təfərrüatları açıqlanmır.
Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31