Ermənistan KTMT baş katibinin dəyişdirilməsini tələb etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qurumun baş katibinin dəyişdirilməsi prosesinə başlamağı təklif edib.

Bu barədə şənbə günü Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.

Daha öncə Ermənistanın Xüsusi İstintaq Xidməti KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı 1 mart 2008-ci il tarixdə etiraz aksiyalarının dağıdılması işi çərçivəsində Konstitusiya quruluşunu devirməkdə cəhd ittihamı irəli sürüb. 

Dünən Yerevan məhkəməsi onu girov müqabilində azad edib.

"Bu sırf hüquqi məsələdir. Ermənistanda istintaqı aparılan cinayət işinə ölkə vətəndaşı cəlb edilib.

Onun KTMT-nin baş katibi olduğunu nəzərə alaraq, bu qurumda tərəfdaş dövlətlərə KTMT-nin baş katibinin dəyişilməsi prosesinə başlamaq təklif edilib", - Balayan bildirib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31