Kanada Ukraynaya hərbi yardım göndərir
28 İyul 2018 14:11 DünyaKanada Ukraynaya hərbi yardım ayırmağı planlaşdırır.
Bunu Kanadanın milli müdafiə naziri Harcit Sacan bəyan edib. Onun sözlərinə görə, 2019-cü ilin martına qədər Ukraynaya 7,2 mln. dollar hərbi yardım ayrılacaq: "Hərtərəfli dəstək proqramı çərçivəsində Ukrayna ordusuna artıq 16 milyon dollar dəyərində hərbi avadanlıq ayrılıb. 2019-ci il martın sonunadək isə 7,25 milyon dollarlıq ləvazimat ölkəyə göndəriləcək".
Nazirin sözlərinə görə, Kanada öz tərəfdaşları ilə birgə təhlükəsiz, demokratik və uğurlu Ukraynanın inkişafı üçün çalışır.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31