Rusiya və Çin vizasız rejimə keçməyə hazırlaşır
28 İyul 2018 13:39 DünyaRusiya və Çin yaxın vaxtlarda iki ölkə arasında vizasız gediş-gəlişi nəzərdə tutan sənəd imzalamaq niyyətindədirlər.
Bu barədə Rusiya Federasiyasının turizm üzrə Federal Agentliyi rəhbərinin müavini Nikolay Korolyov deyib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında turizmin genişlənməsinə, turistlərin sayının artmasına təsir göstərəcək.
O deyib: "Çin tərəfi ilə əsas məsələlər artıq razılaşdırılıb, daha bir neçə işçi görüş keçiriləcək".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31