ABŞ kosmos müharibəsinə hazırlaşır? — Yeni silahlar

ABŞ hökuməti kosmosa silah və raketləri aşkar edən qurğular yerləşdirmək niyyətindədir.

Bu, Birləşmiş Ştatların 2019-cu il hərbi büdcəsində öz əksini tapıb.

Məlum olub ki, Senat istənilən halda kosmosa silah yerləşdirilməsini tələb edəcək. Əgər hər iki palata razılığa gəlsə, 716 milyard dollarlıq hərbi büdcəni ABŞ prezidenti Donald Trampın təsdiqləməsi gözlənəcək.

Əldə edilən xəbərə görə, raketləri müəyyən edən qurğular 2022-ci ildə yerləşdiriləcək. Bu qurğular müəyyən ölkələri, konkret olaraq İran və Şimali Koreyanı izləyəcək.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31