Elm dünyasını dəyişdirəcək kəşf — 30 min il sonra dirildilər

Rusiyanın Yakutiya bölgəsində tapılan və 30 min il əvvəl donan 2 həlqəvari soxulcan alimlər tərəfindən həyata geri qaytarılıb.

Bu kəşf elm dünyasını dəyişdirəcək. Soxulcanlar isə planetin ən yaşlı heyvanları sayılır.

Alimlər bildiriblər ki, soxulcanlar artıq hərəkət edir və qidalanırlar: "Məlumatlarımız çoxhüceyrəli orqanizmlərin uzun müddət təbii şərtlər altında yaşaya biləcəyini göstərir".

Məlum olub ki, Yakutiyadan gətirilən soxulcanlardan biri 42 min, o biri isə 32 min il əvvəl donub. Onlardan biri sincab yuvasında, digəri isə çay yaxınlığında tapılıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31