Ermənistanda əsgər payları mağazada satılır
27 İyul 2018 17:55 DünyaErmənistanda mağazalarda "Əsgər payı" markalı konservləri almaq mümkündür.
Bununla bağlı Ermənistan KİV ölkənin yeyinti məhsullarının təhlükəsizliyi dövlət xidmətinə istinadla məlumat yayıb.
Əsgər paylarının azad satışı dövlət yoxlanışının nəticəsində aşkar olunub. Üzərində "Əsgər payı: satılmır" yazılan qablara "Qaynadılmış mal əti" etiketi yapışdırılıb.
Konservin istehsalçısı olan "H.A.N.S.-FOOD LLC" şirkəti bəyan edib ki, əsgər payları satışda anlaşılmazlıq səbəbindən peyda olub: guya şirkət əməkdaşları sifarişləri səhv salıb.
Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31