Daşnaksyutun: “Robert Köçəryana qarşı ittihamın irəli sürülməsi siyasi təqibdir”
27 İyul 2018 15:16 DünyaErməni İnqilab Federasiyası Daşnaksyutun 1 mart hadisələri ilə bağlı Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı irəli sürülmüş ittihamı pisləyən bəyanat yayıb.
Sözügedən bəyanatda bildirilir ki, Robert Köçəryanın konstitusiya quruluşunu devirməklə 1 mart hadisələrini törətməkdə ittiham olunması qəbuledilməzdir. "Bu addımı təhlükəli hesab edirik"-deyə bildirilən bəyanatda mövcud halın siyasi təqib kimi qiymətləndiriləcəyi bildirilir.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31