"İrana gələn ay zərbə endirilməsi…" - Baş nazir

ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi haqqında ABC televiziyasının yaydığı məlumatlar həqiqət deyil.

Bunu jurnalistlərə açıqlamasında Avstraliya Baş naziri Malkolm Ternbull deyib.

"Bu gün ABC-nin yüksəkvəzifəli Avstraliya məmurlarına istinadən yaydığı süjeti gördüm. Bu spekulyasiyadır və anonim mənbələrə əsaslanır. Bu süjet mən, xarici işlər naziri və ordu rəhbərliyi ilə heç bir müzakirə aparılmadan hazırlanıb", - deyə o bildirib.

Qeyd edək ki, ABC televiziyası ABŞ-ın İranın nüvə obyektlərinə avqust ayında zərbə endirəcəyi haqqında məlumat yayıb. Televiziya Avstraliya və Britaniyanın bu işdə ABŞ-a kəşfiyyat məlumatları ilə yardım edəcəyini bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31