Türkiyəyə qarşı qərar ilk mərhələdən keçdi

ABŞ-da Türkiyəyə F-35 satışının əngəllənməsini nəzərdə tutan qanun layihəsi Nümayəndələr Palatasında qəbul olunub.

Qarşıdan gələn il üçün nəzərdə tutulan 716 milyard dəyərindəki müdafiə büdcəsinin lehinə 359, əleyhinə isə 54 nəfər səs verib.

Yeni qanun layihəsi ABŞ Prezidenti Donald Trampa həm Rusiyadan silah alıb, həm də ABŞ-dan avadanlıq almaq istəyən ölkələrə qarşı sanksiya tətbiq etmək səlahiyyətləri verəcək.

Büdcə layihəsi gələn həftənin sonunda Senatın gündəminə gələcək. Senat layihəni təsdiqləsə, məsələyə son nöqtəni Donald Tramp qoyacaq, yalnız Trampın təsdiqindən sonra qanun qüvvəyə minəcək.

Xatırladaq ki, büdcə layihəsi qanuni qüvvəyə minsə, Türkiyənin F-35 proqramından tamamilə çıxarılması məsələsinin qiymətləndiriləcəyi hesabat tamamlanana qədər F-35-lərin Türkiyəyə transferi dayandırılacaq.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31