Təyyarə bataqlığa düşdü: nazir və köməkçisi öldü
27 İyul 2018 14:13 DünyaParaqvayın kənd təsərrüfatı naziri və köməkçisinin olduğu təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb.
Bu barədə Paraqvay Mülki Aviasiya Qüvvələrinin rəsmisi Roben Aquilar açıqlama verib. O, təyyarənin havalandıqdan qısa müddət sonra paytaxt Asunsyonun 380 kilometrliyində yerləşən bataqlıq bölgəyə düşdüyünü bildirib.
Qəza nəticəsində ölkənin kənd təsərrüfatı naziri Luis Qneytinq, köməkçisi Visente Ramirez, əsas və köməkçi pilot həyatını itirib.
Aquilar qəzanın hansı səbəbdən baş verdiyini bilmədiklərini və məsələnin araşdırıldığını diqqətə çatdırıb.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31