Qərblə İran arasında vəziyyət gərginləşir
27 İyul 2018 12:47 DünyaCənub qonşumuzu "Böyük Suriya"ya çevirmək istəyirlər
Sabiq Birləşmiş Ştatlar prezidenti Barak Obama zamanında Vaşiqntonla Tehran arasında əldə edilən anlaşma o zaman belə qənaət formalaşdırmışdı ki, İran problem tezliklə öz həllini tapacaq və Tehran sonucda dünyaya açıla biləcək. Elə həmin ərəfədə bu istiqamətdə ilkin addımlar da atıldı. İran Avropa Birliyi ölkələri ilə mərhələli şəkildə münasibətləri normallaşdırmaq yönündə hərəkətə keçdi. Artıq İslam Respublikasının təbii və enerji ehtiyatlarının, əsas etibarilə də neftinin dünya bazarlarına çıxarılması üçün müxtəlif variantlar üzərində də iş gedirdi. Lakin son seçkilərdə Birləşmiş Ştatlarda Donald Trampın Ağ Ev rəhbəri seçilməsi prosesləri demək olar ki, kökündən dəyişdi. Və demək olar ki, Birləşmiş Ştatlar-İran münasibətləri yenidən əvvəlki kritik vəziyyətinə qayıtdı.
Elə müstəqil ekspert Zeynal Əmralıyev də deyir ki, artıq Birləşmiş Ştatlar və İran arasında münasibəilər köklü şəkildə gərginləşməyə başlayıb. Onun sözlərinə görə, öz radikallığı ilə ilə tanınan hazırkı Amerika prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşavir vəzifəsinə radikal diplomat Con Boltonu gətirincə artıq İrana qarşı sərt addımların atılacağını proqnoz etməyə kifayət edirdi: "Ümumilikdə, Birləşmiş Ştatlar kəşfiyyat orqanları 1979-cu il chr("39")chr("39")İslam İnqlabıchr("39")chr("39") dan indiyə qədər İranda hakimiyyət dəyişikliyi arzu edirlər və ya planlar qururlar. Hazırkı variantda da Donald Tramp İranda hakimiyyət dəyişikliyi üçün qollarını əməlli başlı çırmalayıb. Elə admistirasiyasına son edilən dəyişiklikdə də bunu sezmək olar. Prezident Donald Trampın Boltonla bərabər xarici siyasəti etibar edib dövlət Katibi vəzifəsinə gətirdiyi Mayk Pompeo da təhlükəzilik orqanlarına aid olan şəxslərdir. İrandakı rejim nə qədər ayaq üstə qalmağa çalışsa da, görünən odur ki, Tehranın bir çox sahədə böhranla üzləşməsi qaçılmazdır. Bu isə ali lider Ayətullah Əli Xamneyi başda olmaqla İran elitasının yüksək təbəqəsini narahat etməyə bilməz".
Ekspert deyib ki, İranda sıx-sıx baş verən mitinqlər də xalqın bu vəziyyətdən çox sıxıldığının bir göstəricisidir: "Artıq açıq şəkildə ali liderlə çevrəsi prezident Həsən Ruhaniyə qarşı mövqedən çıxış edir və baş verən hadisələrdə onu günahlandırırlar. Həqiqətən də islahatçı president Həsən Ruhani nüvə məsələsində razılığa gəlmək üçün kompromisə gedərək razılığa gəlməyin ən düzgün variant olduğu sübut etməyə çalışırdı. Bunun üçün Həsən Ruhani çox böyük əziyyət də çəkdi. Çünki Xamneyi bu məsələdə Qərbə güvənməməyin lazım olduğunu israrla bildirirdi. Ancaq sonda prezidentin isdədiyi oldu və İran Qərblə razılığa gəlmək üçün hərəkətə keçdi. Ancaq Trampın əcaib qərarları bütün planları pozdu və Ruhanin nüfuzunu yerlə bir etdi". Zeynal Əmralıyev deyib ki, bundan sonra yüksək siyasi elita içərisində prezidenti Qərbə aldanmaqda ittiham etməyə başladılar kı, bu da onun siyasi karyerasının sonu demək idi: "Əgər Qərb İrana hücuma start verərsə bu nəyinki İran üçün, bütün region üçün fəlakətin təməli olacaq. İraqdan və Əfqanıstan İŞİD, Əl-Qaidə və Taliban tipli radikal terrorçu qrupların ölkəyə gəlməsi, ölkənin özündə isə şiə dirənişçilərinin meydana atılması hər kəsin bildiyi bir şeydir. Uzun sözü qısası, əgər Qərb İraq kimi İrana da chr("39")chr("39")demokratiyasını gətirməkchr("39")chr("39") istəsə, o zaman İran chr("39")chr("39")Böyük Suriyachr("39")chr("39") olacaq. Ancaq son variantda İranda ali dini liderin chr("39")chr("39")xeyir-duasıchr("39")chr("39") ilə güc yolu ilə hakimiyyət dəyişikliyi ola bilər. Düzdür, İslam Respublikasının 40 illik siyasi həyatında çevrilişə rast gəlinməyib, amma bu dəfə bu risk özünü qoruyur. İnqilab Keşikçilər Korpusunun məşhur generalı Qasım Süleymanin başçılığı altında bir çevrilişlə hakimiyyəti ələ keçirə və Qərbə qarşı əməli addım atan sərt bir hökuməti iş başına gətirə bilərlər. Unutmayaq ki, Korpusun chr("39")chr("39")Qüdschr("39")chr("39") Qüvvələrinin Komandanı olan general ali liderin hərbi elita içərisindəki nümayəndəsi sayılır və çox dəstəklənir. Onun xaricdə əməliyyat olunması səbəbi ilə İranda chr("39")chr("39")milli qəhramanchr("39")chr("39") olaraq göründüyünü hər kəs bilir. Əhalinin 65 faizi belə Süleymanini İranın yeni prezidenti kimi görmək isdəyir. Halbuki Həsən Ruhaninin nüfuzu 50 faizin aşağısındadır.Bunu keçirilən son rəy sorğularında aydın görmək mümkündür". Ekspert deyib ki, İranda vəziyyət çox qəlizləşir. Əgər Süleymani ölkənin sükanını əlinə alıb xalqı Qərbə qarşı birləşdirə bilsə, o zaman chr("39")chr("39")Trampın gəmisi körfəzin sularında batacaqchr("39")chr("39").
Göründüyü kimi, vəziyyət heç də ürəkaçan deyil. Hadisələrin gedişi dərinləşən gərginliyin yerləşdiyimiz coğrafiyaya ciddi təsir göstərəcəyini deməyə əsas verir.
Süleyman