Tramp Netanyahuya zəng etdi: "Türk qızını burax!"
27 İyul 2018 12:28 DünyaABŞ Prezidenti Donald Tramp 14 iyulda İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək İsraildə həbs olunan türk vətəndaşı Əbru Özkanın azadlığa buraxılmasını istəyib.
Bu barədə "Vaşinqton Post" yazıb.
Məlumata görə, İsrail tərəfi xəbəri təsdiqləyib və tələbin Ərdoğanla Tramp arasındakı keşiş Bransonun azadlığa buraxılması anlaşması çərçivəsində həyata keçirildiyini qeyd edib.
Xatırladaq ki, Əbru Özkan 16 iyulda ölkəsinə qayıdıb, keşiş Bransonun isə ötən gün həbs cəzası ev dustaqlığı ilə əvəz olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31