Mahsun Kırmızıgül AÇIQLADI

Türk müğənnisi və rejissor Mahsun Kırmızıgül sosial media hesabından "Möcüzə" filminin davamı olaraq, "Möcüzə 2" filminin yayım tarixini açıqlayıb. Olaylar.az türk mediasına istinadən bildrir ki, film gələn il  martın 1-də, eyni gündə Türkiyə və türkdilli ölkələrdə  yayımlanacaq.

Qeyd edək ki, dram janrında çəkilən "Möcüzə" filmi 2015 -ci ilin yanvar ayında yayımlanıb. Filmin rejissoru, ssenari və prodüssüeri Mahsun Kırmızıgül olub. "Möcüzə" filmində əsas rolları Talat Bulut, Mert Turak, Mahsun Kırmızıgül, Erdem Yener ve Büşra Pekin canlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31