Professor Cavad Akşit: "Fətulah Gülən öldü!" - VİDEO

Türkiyəli ilahiyyatçı professor Dr.Cavad Akşit FETÖ lidero Fəthullah Gülənilə bağlı maraqlı iddia səsləndirib. 

Fətullah Gülənin öldüyünü deyən Akşit, "gizli şeyləri danışdırırsan mənə. FETÖ öldürüldü, sağ deyil. Yaşamır hazırda. Məzarı da yəhudi qəbiristanlığındadır", - söyləyib.

Təhlükəsizlik orqanlarının da Fətullah Gülənin öldüyünü bildiyini qeyd edən Akşit, "əks halda, bizim polis onu gətirəcəkdi Türkiyəyə. İndi bizim polislərimiz onun öldüyünü bilirlər. Burada keşiş istəyirlər, "onu verməsəniz, biz də bunu verməyəcəyik", - deyirlər. Öldürdülər onu, çoxdan ölüb. Öldüyü yeri də bilirəm mən, Nyu-Cersidəki yəhudi qəbiristanlığında basdırılıb. Kəşfiyyatda tanış adamınız varsa, ondan soruşa bilərsiz. Yox olub, getdi", - deyə əlavə edib.

Fətullah Gülənə əlaqədar mübarizələri ilə tanınan Dr.Akşit bu yaxınlarda FETÖ tərəfindən öldürülməsinin tələb olunduğunu açıqlamışdı.

Qeyd edək ki, bir müddət əvvəl təşkilata yaxın mənbələr tərəfindən Fətullah Gülənin xərçəng olduğu bildirilmişdi.

Faktxəbər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31