Kiçik Donald Tramp boşanır

ABŞ prezidentinin böyük oğlu - kiçik Donald Tramp və onun həyat yoldaşı Vanessa Tramp Manhetten məhkəməsinə gələrək boşanma dinləmələrində iştirak ediblər.

Boşanmanın təşəbbüskarı Vanessa olub. Bu addımı onu atmağa ərinin çoxsaylı səfərləri və qalmaqallı "tvitləri" ilə bağlı ailə problemləri vadar edə bilər.

Vanessa ABŞ-ın hazırki prezidentinin oğlu ilə 2005-ci ildə ailə qurub. Onların 5 övladı var.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31