Robert Koçaryana qarşı ittiham irəli sürülüb

Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı ittiham irəli sürülüb.

İttiham Ermənistan Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsinə (hakimiyyəti qəsb etmə, yəni hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş addımlar və yaxud Ermənistan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla saxlanılması, həmçinin Ermənistan Respublikasının konstitusiya quruluşunun zorla devirilməsi) əsasən, 2008-ci ilin 1-2 mart tarixlərində ölkədə baş verən hadisələrlə bağlı irəli sürülüb.

Yerevan şəhərinin birinci instansiya məhkəməsi Robert Köçaryan barəsində qətimkan tədbiri qismində həbsin seçilməsi barədə vəsatət verib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31