Mərakeşdən olan 600-dən çox miqrant İspaniya sərhədini qanunsuz keçib

Səkkiz yüzə yaxın miqrant Mərakeş və İspaniyanın Şimali Afrikada olan ərazisi - anklavı Seuta arasındakı sərhəddə 7 metrlik yüksək hasarları aşmağa cəhd göstərib.

Onlardan 602-si buna nail olub. Baş verən toqquşmalarda hüquq-mühafizə orqanlarının 15 əməkdaşı xəsarət alıb. Onlardan 5-i xəstəxanaya çatdırılıb.

Miqrantlar sərhədi keçməkdən ötrü hüquq-mühafizə orqanlarının nümayəndələrinə daş, çubuq, "Molotov kokteyli", fakellər və həşiş atıblar, spreylərdən isə odsaçan kimi istifadə ediblər. Onlar simli məftilləri laqonda, qayçı və çəkiclə kəsməyə çalışıblar.

Hazırda miqrantlardan 586-sı müvəqqəti qalma mərkəzində, 16 nəfəri isə xəstəxanadadır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31