Tokioda güclü yanğın, həlak olanlar var

Yaponiyanın paytaxtı Tokiodakı tikinti meydançasında güclü yanğın baş verib. Məlumatlara görə, hadisə zamanı 4 nəfər həlak olub, 40 nəfər yaralanıb. Onlardan 20-sinin vəziyyəti ağırdır. 

Yanğın baş verən vaxt meydançada 300-ə yaxın işçi çalışırmış.

Yanğın yeraltı mərtəbələrdə başlayıb. Bu səbəbdən işçilərin evakuasiyası çətinləşib. 

Yanğın 1,5 metr sahəni əhatə edib. Hadisənin səbəbləri məlum deyil.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31