Rusiyadan Gürcüstana NATO xəbərdarlığı

"Gürcüstanın NATO-ya qoşulması Cənubi Qafqazdakı mövcud vəziyyəti gərginləşdirəcək".

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər Komitəsinin sədri Konstantin Kosaçov deyib. Onun sözlərinə görə, əgər bu baş verərsə Rusiya hərbi planlaşdırma baxımından qarşılıqlı cavab verəcək: "Bu heç kəs üçün sirr olmamalıdır, bu, heç kim üçün gözlənilməz olmamalıdır".

K.Kosaçov qeyd edib ki, Rusiya heç vaxt Gürcüstanı hədələməyib: "Gürcüstanda bir çox siyasi xadimlər ölkənin NATO-ya daxil olması ilə bağlı çağırışlar edirlər. Lakin Gürcüstanın NATO-ya daxil olması Cənubi Osetiya və Abxaziya ilə bağlı danışıqlar tamamilə qeyri-real perspektivlərə gedəcək".

AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31