Suriya raketləri İsrail kurortuna düşdü
26 İyul 2018 17:33 DünyaSuriya ərazisindən buraxılan iki raket İsrailin şimalındakı Qofra turist çimərliyindəki Kineret gölünə düşüb.
Bununla bağlı newsru.co.il portalı məlumat verib.
Hücum dünən axşam saatlarında olub. İsrail Müdafiə Nazirliyi raketin Suriya ərazisindən atıldığını təsdiqləyib.
Hadisə zamanı xəsarət alan olmayıb. Gölün sahilində istirahət edən turistlərin sözlərinə görə, iki raketin suya düşməsinin şahidi olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31