Baş nazir fermerlərə "müqəddəs inək" hədiyyə etdi
26 İyul 2018 17:17 DünyaHindistanın baş naziri Narendra Modi Ruandada fermerlərə 200 inək hədiyyə edib.
Baş nazir ölkədə 2006-cı ildə start götürən və kasıblara dəstək məqsədilə başlayan "Girinka" proqramı çərçivəsində kasıblara inək hədiyyə edib. Modi açıqlamasında "Girinka proqramı vasitəsilə bir çox insanın həyatının dəyişəcəyinə inanıram" deyib.
Qeyd edək ki, Hindistan tərəfindən belə bir yardımın edilməsinin maraqlı tərəfi bu ölkədə inəklərin müqəddəs hesab edilməsi və təsərrüfatda geniş istifadə edilməməsidir.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31