Paşinyan: "Ermənistan NATO-ya qatılmaq istəmir"

"Ermənistan gələcəkdə NATO üzvü olmaq istəmir".

Bunu "Эхо Москвы" radiosuna açıqlamasında Ermənistan prezidenti Nikol Paşinyan deyib.

"Bəzi planlarımız var. Kosovada sabitliyi qorumaq missiyasına qoşulmuşuq və ortaq bir proqramımız var. NATO ilə əməkdaşlığımız uzun müddətdir davam edir və bundan sonra da davam edəcək. Amma gələcəkdə NATO-ya üzv dövlətlərdən biri olmaq istəmirik", - deyə Paşinyan bildirib.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31