Yunan Gəmisinin köməyinə Türk gəmisi yetişdi

Göyərtəsində 168 sərnişini olan Yunanıstan bayraqlı bərə gəmisi Muğlanın Bodrum qəsəbəsi yaxınlığındakı Görəcək adası yaxınlığında sıradan çıxaraq hərəkətsiz vəziyyətdə açıq dənizdə qalıb.

Yaxınlıqdakı Türk sahil mühafizə idarəsinə gələn yardım siqnalına KIYEM-2 xilasetmə gəmisi göndərilib. Gəmi nasaz vəziyyətdəki yunan bərə gəmisini Bodrum limanına çəkib. Gəminin hər iki mühərrikinin də sıradan çıxdığı müəyyən edilib. Hal-hazırda gəminin təmiri üçün xüsusi mütəxəssis heyətinin gəlişi gözlənilir. Sərnişinlərin başqa bir gəmi ilə Yunanıstana göndəriləcəyi güman edilir. Bərənin kapitanı Georgios Pabagakis türk sahil mühafizə xidmətinin əməkdaşlarına öz təşəkkürünü bildirib.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31