BRİKS liderləri bayraqları səhv saldı

BRİKS ölkələrinin Cənubi-Afrika Respublikasında keçirilən sammitində liderlər tədbirin təşkilatçılarından səhvi səbəbindən yenidən şəkil çəkdirməli olublar.

Siyasətçilər yerlərini dəyişdikdən sonra heç biri öz ölkəsinin bayrağı qarşısında yerini ala bilməyib. 

Belə ki, Çin Xalq Respublikasının sədri Si Tsipin CAR-ın simvolu qarşısında, Hindistanın baş naziri Narendra Modi Braziliya bayrağı önündə, CAR lideri Siril Ramafosa rus bayrağının qabağında, Braziliya prezidenti Mişel Temer Hindistan bayrağının önündə, Rusiya prezidenti Vladimir Putin isə Çin bayrağının qarşısında dayanıb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31