Pakistanda seçkilərin ilkin nəticəsi
26 İyul 2018 15:59 DünyaÖtən gün Pakistanda keçirilən parlament və əyalət məclisi seçkilərinin ilkin nəticəsi açıqlanıb.
Qeyri-rəsmi məlumatlara görə Pakistan Ədalət Hərəkatı liderdir. Partiyanın rəhbəri İmran Əhməd Xan Niyazi baş nazir postuna əsas namizəd hesab edilirdi. Seçkilərdə iştirak edən öndə gedən partiyalardan olan Pakistan Nəvaz Müsəlman Liqası və digərləri Pakistan Ədalət Hərəkatını hiylədə ittiham edir və seçkinin nəticəsinə etiraz edirlər.
Parlamentdəki 342 yerdən 272-si seçkilərlə müəyyənləşdirir. Təkbaşına hökümət qurmaq üçün 137 yerə sahib çıxmaq lazımdır.
Qeyd edək ki, ölkənin sonuncu baş naziri Nəvaz Şərif hazırda korrupsiya və rüşvətxorluq ittihamı ilə həbsdədir.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31