Çimərlikdə gözlənilməz hadisə

İsraildə turistik çimərlikdə gözlənilməz hadisə yaşanıb.

Qofra çimərliyində turistlərin istirahət etdiyi bir vaxtda suya iki raket düşüb. Anomal olay nəticəsində xəsarət alan olmayıb.

İsrail hava hücumunun Suriya tərəfindən edildiyini bəyan edərək hava həyəcanı siqnalı verib. Polislər və hərbçilər dalğıcların köməyi ilə xüsusi texnika vasitəsilə raketlərin axtarışına başlayıblar.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31