Vyetnamın şimalında hərbi təyyarə qəzaya uğrayıb
26 İyul 2018 15:37 DünyaVyananın şimalındakı Nqean əyalətində hərbi təyyarə qəzaya uğrayıb.
Hadisə yerli vaxtla günorta saatlarında, Vin şəhərindən 100 kilometr uzaqlıqda baş verib.
Ölənlər və yaralananlar haqqında məlumat daxil olmayıb, amma hadisə yerindəki təyyarə qalıqlarına görə, nəqliyyat vasitəsinin partladığını demək olar.
Yerli hökumət nümayəndələri arasındakı mənbələr təyyarənin göyərtəsində iki hərbçinin olduğunu və onların öldüyünü bildirib. Hadisənin səbəbləri hələlik aydın deyil.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31