Breksit təxirə salınır - İspaniya

Breksitin yekunlaşacağı tarix gələn ilin martında olmaya bilər.

Bunu jurnalistlərə açıqlamasında İspaniya Xarici İşlər naziri Jozep Borrel deyib

"Avropa Birliyi və Britaniya arasında razılaşmanın olmayacağına inanmaq çətindir. Hansısa razılaşma mütləq olmalıdır. Əks təqdirdə hər iki tərəfin itkiləri çox olacaq", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Breksitin 2019-ci ilin 29 martına qədər yekunlaşacağı bildirilmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31