"Türkiyədə bayrağımızı səhv salırlar…" - Yeni Zelandiya

Avstraliya öz bayrağına dəyişiklik etməlidir.

Bunu Yeni Zelandiya Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Uinston Piters deyib. Onun sözlərinə görə, bu addım iki ölkənin bayraqlarının qarışdırılmaması üçün atılmalıdır:

"Aydındır ki, dünyanın hər yerində insanlar bayraqları səhv salırlar. Mən Türkiyə kimi yerlərdə olmuşam və burada insanlar ölkələri bayraqlara görə səhv salır. Bu faydalı şey deyil. Yeni Zelandiya bayraq fikirləşib, avstraliyalılar isə onun sadəcə nüsxəsini götürüblər. İndi məhz onlar bayraqlarını dəyişməlidirlər".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31