Ulağı zebraya döndərdilər

Misirin paytaxtı Qahirədəki zoopark lağlağı, tənqid və tənə obyektinə çevrilib.

Səbəb zoopark rəhbərliyinin absurd, hətta sarsaq göstərişidir.

Tələbə Mahmud Sərhani zooparkı dolaşarkən volyerlərdən birində boyadılmış uzunqulaq görüb.

Zoopark işçiləri uzunqulağa qara boya ilə zolaqlar çəkərək onu zebraya "çevirmişdilər".

Sərhani "zebra" ulağın fotolarını çəkib və Facebook-dakı profilində yerləşdirib.

Qısa zamanda on minlərlə Facebook istifadəçisi tərəfindən paylaşılan foto ciddi tənqid obyekti olub, Qahirə zooparkının rəhbərliyi ələ salınıb.

Baytarlar da fotoda zebranın yox, ulağın olduğunu təsdiqləyiblər.

Lakin zooparkın direktoru Məhəmməd Sultan fotodakı ulağın ulaq yox, zebra olduğunu bildirib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31