İntizardan Ceceliyə zərbə
26 İyul 2018 14:48 DünyaBu dəfə müğənni İntizar Mustafa Ceceli ilə bağlı məhkəməyə müraciət edib.
İntizar Cecelinin ona 2 ay yaxınlaşmamasını, vasitəçilər yolu ilə narahat etməməsini, təhqiredici sözlər işlətməməsini istəyib.
İntizar adından məhkəməyə müraciət edən vəkil Altın Mimir Mustafanın həyat yoldaşına təzminat ödəməmək üçün belə bir addım atdığını bildirib.
Vəkil şikayətində Cecelinin keçmiş arvadı Sinem Gedikə qarşı açdığı məhkəmə davasında qalib gəlmək üçün İntizarla Sinemin münasibəti olduğunu yaydığını vurğulayıb. Mimir müvəkkilinin naməhrəm görüntülərini sənətçinin yaydığını, bunun onun həyatına qəsd etmə həddinə çatdırdığını deyib.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31