Madurodan açıqlama: "5 sıfır atılacaq"

Venesuela hökuməti pul vahidi bolivardan 3 sıfır əvəzinə 5 sıfır silməyi qərara alıb.

Bu barədə Venesuela Prezidenti Nikolas Maduro danışıb.

Venesuelada illik inflyasiya iyun ayında 46.000 faizə çatıb. Beynəlxalq Valyuta Fondu inflyasiyanın bu il 7 rəqəmli həddə çatacağını proqnozlaşdırıb. Hökumət pul vahidindən sıfırları atmaqla inflyasiya həddinin bir milyon faizə qalxmasının qarşısını almağı planlaşdırıb.

Xatırladaq ki, Maduro açıqlamasında valyutanın yenidən nizamlanmasının 20 avqustda başlanılacağını bildirmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31